Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
15-11-2017, 13:15
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) növbəti iclası keçirilib. “Report” quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 15% faiz dəhlizinin aşağı və yuxarı hədlərinin isə müvafiq olaraq 10% və 18% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib. Növbəti belə iclas fevralın 15-də olacaq.