Azərbaycanlı qadın oğlunun pulunu oğurlayıb 29 yaşlı sevgilisi ilə qaçdı
16-11-2017, 00:13
Ana oğlunu pulunu oğurlayıb başqa kişi ilə qaçdı. teref.az A24.Az-a istinadən xəbər verir ki, “Səni axtarıram” verilişinə Xəyal Səfərov adlı şəxs müraciət edib. O, bildirib ki, anası onu Dağıstana gətirib. Anası Bahar xanım orda alma alveri ilə məşğul olub. Xəyalın sözlərinə görə, anası atasından ayrılıb və Qəribxan adlı kişi ilə yaşamağa başlayıb. Daha sonra isə 29 yaşlı başqa bir adamla münasibəti olub. Bahar qazandığı bütün pulu həmin oğlana xərcləyirmiş. Anasının 50-dən çox yaşı var idi, oğlanın isə 29. Xəyalın sözlərinə görə, anası ondan istifadə edib. Onun qazandığı pulu götürərək qaçıb. Studiyadakı qonaqlar Xəyalın psixi problemləri olduğunu iddia edirlər.