Azərbaycanda güclü zəlzələ baş verib - YENİLƏNDİ /FOTO
16-11-2017, 02:00
Azərbaycanın bölgələrində güclü zəlzələ baş verib. "Report"un yerli bürolarının məlumatına görə, yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax, Bərdə, Şəki, Qax, Zaqatala, Balakən və Lənkəran rayonları da daxil olmaqla respublikanın Qərb, Şimal-qərb və Cənub zonalarında hiss olunub. İlkin ehtimala görə, zəlzələnin gücü 4-5 bal olub və təxminən 35-40 saniyə davam edib. Qeyri-rəsmi məlumatlara görə, zəlzələ 4,9 maqnituda gücündə olub və onun mərkəzi Bərdədə, yerin 60 km dərinliyində qeydə alınıb.