Seysmoloji Xidmət Mərkəzi: Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib

16-11-2017, 02:32           
Seysmoloji Xidmət Mərkəzi: Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb.
“Report” Xidmətin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.