Bakıda xərçəng diaqnozu qoyuldu: Istanbulda həkimlər heyrət etdi

16-11-2017, 08:37           

Bakıda xərçəng olduğu söylənilən şəxsə İstanbulda əksi olan diaqnoz qoyulub.

Bu haqda Türkiyədə yaşayan aktrisamız Məlahət Abbasova status paylaşıb.

O bildirib ki, ailələrinə çox yaxın olan Xəyalə adlı, 36 yaşlı bir xanıma Bakıda süd vəzisi xərçəngi diaqnosu qoyulub.

Daha sonra aktrisa tərəfindən Türkiyə dəvət edilən xəstə İstanbulda da analiz verib. Bəlli olub ki, onda belə bir xəstəlik yoxdur. Məlahət Abbasova statusunda bu haqda yazıb:

"36 yaşı var. Övladları və özünün bu cür vicdansız həkimlərə görə yaşadığı stressi başa düşürsüz? "

Nigar
Cebhe.info













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.