Kiyevdə 14 yaşlı qız sosial şəbəkə qadağasına görə intihar edib

16-11-2017, 09:34           
Kiyevdə 14 yaşlı qız sosial şəbəkə qadağasına görə intihar edib
Kiyevin Desnyansk rayonunda intihar hadisəsi baş verib.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, 14 yaşlı qız anasının sosial şəbəkələrdən istifadəyə qoyduğu qadağaya görə intihar edib.

Məlumata görə, ana planşeti qızının əlindən alaraq sosial şəbəkələrə daxil olmağı qadağan edib. Bundan sonra evdə tək qalan qız özünü 5-ci mərtəbədən yerə atıb. Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.