Polisə müraciət edən 21 yaşlı Gülarə İsayeva gecə saat 01:30 radələrində R.Behbudov küçəsində yerləşən “Seyf” gecə klubda qeyri-rəsmi birgə yaşadığı Nahid adlı şəxsin ona qarşı xuliqanlıq edərək döydüyünü bildirib. Şikayətçi qeyd edib ki, həmin şəxs aralarında yaranmış mübahisə zəminində üzərində olan bıçaqla ona hədə-qorxu gəlib. Araşdırma aparılır. (lent.az)