Abşeronda doğuş faciəsi: əkizlər öldü, ana komaya düşdü 20-11-2017, 10:12 Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşübReport xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş