Lənkəranskinin klanına daxil olan peşəkar döyüşçü həbs edildi - ƏMƏLİYYATDAN GÖRÜNTÜLƏR
20-11-2017, 10:50
Ukraynanın Odessa şəhərində İstanbulda öldürülən ''qanuni oğru'' Rövşən Lənkəranskinin klanına daxil olan idmançı həbs edildi. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirib.
teref.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, tutulanlardan biri əslən Dağısatandan olan MMA versiyası üzrə qaydasız döyüşçü, digəri isə 31 yaşlı bolsçudur. Onlar Rövşən Lənkəranskinin nəzarətində olan şəxslərdir.
Əməliyyat keçirilən zaman idmançılar müqavimət göstərib. Onların evlərindən üç tapança, sursat, ov tüfəngi, mobil telefonlar və iki lüks xarici maşın aşkarlanıb. (Criminalaz)