Qucağında oğlunu saxlayaraq, qarətçiləri güllələdı 21-11-2017, 09:11 Braziliyanın Kampu-Limpu-Paulista şəhərində polis əməkdaşı qucağında oğlunu saxlayaraq, qarətçiləri məhv edib.Trend-in məlumatına görə, polis serjantı həyat yoldaşı və uşağı ilə birgə aptekdə alış-veriş edərkən, iki nəfər qarət məqsədi ilə oraya daxil olub.Polis əməkdaşı, oğlunu qucağında saxlamağa davam edərək, dərhal onlara atəş açıb. Hər iki qarətçi yerində dünyasını dəyişib. Facebook-da paylaş