Şəmkirlilər şok rüşvət audioyazısı ilə bağlı bəyanat yaydı

3-01-2016, 22:53           
Şəmkirlilər şok rüşvət audioyazısı ilə bağlı bəyanat yaydı
“Şəmkir” Futbol Klubu 3 gün əvvəl (bayram günü – red.) rəsmi “Feysbuk” səhifəsi vasitəsi ilə bəyanat yayıb.
Bəyanatın rüşvət qalmaqalı ilə bağlı hissəsini təqdim edirik:
“Son günlər mətbuatda komandamızla bağlı bəzi xoşagəlməz xəbərlər dolaşır. Bunlarla bağlı klubdaxili iclas keçirilib və bütün məsələlərə aydınlıq gətirilib. “Şəmkir” Futbol Klubu olaraq bilidirik ki, bütün iddialar və yazılanlar əsassızdır. Real olan odur ki, komandamızda mətbuatda yazıldığı tip hallar yaşanmayıb. Klub rəhbərliyi bütün məsələləri diqqətdə saxlayır və bu cür hallar komandanın prinsiplərinə ziddir. “Şəmkir” Futbol Klubu hazırda bütün diqqətini Azərbaycan I divizionuna yönəldib. Əsas məqsəd çempionatda ilk pillələrdə qərarlaşmaqdır. Klub rəhbərliyi və komandanın bütün üzvləri azarkeşlərin də dəstəyi ilə bu istiqamətdə səfərbər olub. Hazırda əsas diqqətlər II dövrənin hazırlığına və bu yolda olan problemlərin aradan qalxmasına yönəlib. “Şəmkir” komandası mətbuatı və azarkeşləri bu cür əssassız fikirlərə inanmamağa çağırır. Biz komanda olaraq hazırda çempionatın II dövrəsinə hazırlaşırıq. Klubda heç bir dəyişikliyk baş verməyib və Premyer Liqaya vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, yaxınlarda “futbolinfo” saytında əslən Azərbaycan türkü olan Yaser Talati adlı futbolçunun 5 min manat müqabilində “Şəmkir”ə keçmək istəməsi aşkara çıxmışdı. Bunun üçün arada vasitəçi olan “Şahdağ”ın baş məşqçisi Adil Mahmudovun və “Şəmkir”in məşqçisi Rauf Mərdanovun Talati ilə pul məsələsi ilə bağlı telefon danışıqları mətbuatda işıq üzü görmüşdü. Sonda həmin audioyazını yenidən təqdim edirik.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.