"Barselona"dan darmadağın: Arda pas atdı, Messi vurdu (VİDEO)

10-01-2016, 13:40           
"Barselona"dan darmadağın: Arda pas atdı, Messi vurdu (VİDEO)
İspaniya La Liqasının 18-ci həftəsində "Barselona" klubu "Qranada"nı 4-0 hesabı ilə məğlub edib.

BAKU.WS-in məlumatına görə, matça ilk 11-də başlayan türk futbolçu Arda Turan yeni komandasında ilk məhsuldar ötürməsini edib. "Kamp Nouda" baş tutan matçda "Barselona" 8, 14 və 58-ci dəqiqələrdə Messi, 83-cü dəqiqədə Neymarın qollarıyla "Qranada"nı darmadağın edib.

Matça yaxşı başlayan Arda Turan "Barselona"dakı ikinci matçında Messinin 8-ci dəqiqədə atdığı ilk qolun pasını verib. 72-ci dəqiqədə oyundan çıxan Arda Turanı Adriano əvəzləyib.
[media=https://www.youtube.com/watch?v=6dHMcFY9gf4]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.