"Qızıl top"un sahibi bəlli oldu - Yeniləndi

12-01-2016, 00:30           

Bu gün İsveçrənin Sürix şəhərində 2015-ci ildə dünyanın ən yaxşı futbolçusunun adının açıqlanacağı mərasim keçirilir.

Axar.az xbər verir ki, "Qızıl top" uğrunda 2008, 2013 və 2014-cü illərdə mükafatı qazanmış "Real"ın hücumçusu Kriştiano Ronaldo, mükafata 4 dəfə (2009, 2010, 2011, 2012) layiq görülən "Barselona"nın forvardı Lionel Messi və onun həmklubu Neymar yer alıb.

Mərasimdə həmçinin ilin ən yaxşı rəmzi yığması, ilin qolu, ən yaxşı qadın futbolçu, feyr pley mükafatları da sahibini tapacaq.

Mərasimdən canlı yayımı bu linkdən təqdim etdik.

23:14

FİFA-nın sorğusuna əsasən, Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi ötən ilin ən yaxşı futbolçusu seçilib.

Messi səsvermədə 72 faiz səs toplamaqla, Madrid "Real"ından Kriştiano Ronaldo, "Barselona"dan isə Neymarı qabaqlayıb.

Bununla da Messi 5-ci dəfə bu mükafata sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.