Keçmiş legionerdən Azərbaycan haqda şok açıqlama

13-01-2016, 15:57           
Keçmiş legionerdən Azərbaycan haqda şok açıqlama
Azərbaycanda çıxış etmiş legionerlərin ölkəmizi tərk etdikdən sonra vətənlərində müxtəlif şayiələr uydurması təbiiləşib. 2 il ərzində Zaqatala “Simurq”unun qapısını qorumuş Pavel Kapsa da istisna təşkil etməyib.

“Qafqazinfo” xəbər verir ki, polşalı əlcək sahibi həmvətənlərinə azərbaycanlı qadın və kişilərin dənizdə ayrı-ayrı zonalarda çimdiklərini bildirib. “Legiya”dan ayrıldıqdan sonra Kiprdə 2 mövsüm keçirən qolkiper Azərbaycan karyerasının sonunda “Xəzər Lənkəran”da nakam qalan arzusu barədə fikir bildirərkən ölkəmizin iqtisadiyyatının heç bir sahəsinin inkişaf etmədiyini vurğulayıb: “2015-in iyulunda “Simurq”u “Xəzər Lənkəran”a dəyişdim. Ordan tez ayrılmağımın səbəbi ölkə iqtisadiyyatının bütövlüklə neft üzərində qurulmasında idi. Neftin qiyməti aşağı enən kimi klubların da maliyyə durumu kəskin şəkildə dəyişdi”.
33 yaşlı əlcək sahibi klublarımızın səviyyəsi haqda fikir bildirərkən “Qəbələ” və “Qarabağ”ın Avropa Liqasındakı çıxışlarını xüsusi qabardıb: “Azərbaycanın bir neçə klubu daha çox atletik futbola üstünlük verir. Ancaq əksəriyyəti texnikanı sevir. Xeyli legioner oynayır. Əlbəttə, onlar çempionatın səviyyəsini qaldırır. Bilirsiz, pul olan dövrlərdə əcnəbilərin də səviyyəsi daha üstün idi. İki klubları Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Düşünürəm ki, Polşa Liqası ilə müqayisə oluna bilən çempionatları var. Bəlkə də bütün klublarını müqayisə etmək olmaz, amma əksəriyyəti kifayət qədər güclüdü”.

Kapsanın fikrincə, Azərbaycan və Polşa həyatı fərqli qütblərdə yerləşir: “Məsələn, çimərliklərdə qadınlar kişilərlə bir yerdə uzanmırlar. Hər birinin öz zonası var. Elə dənizdə üzərkən də eyni bölgü aparılır. Ancaq etiraf edim ki, dostumla Belçikada olarkən çadrada Azərbaycandakından daha çox qadın gördüm. Baxmayaraq ki, Azərbaycan müsəlman ölkəsi hesab edilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.