“Qalatasaray” Okan Burukla bağlı qərar verdi 8-06-2024, 11:08 Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Okan Burukla müqavilənin müddətini yeniləyib.“Qafqazinfo” klub saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.Okan Buruk hər ili üçün 70 milyon türk lirəsi maaş alacaq.Qeyd edək ki, “Qalatasaray” Okan Burukun rəhbərliyi altında ötən mövsüm Türkiyə Superliqasının qalibi olub. Facebook-da paylaş