Azərbaycanlı məşqçiyə ölkə xaricindən təklif gəldi

Bu gün, 11:34           
Azərbaycanlı məşqçiyə ölkə xaricindən təklif gəldi
Bir müddət əvvəl Albaniyanın "Biliş" klubundan ayrılan Rüfət Quliyevə yenidən Albaniyadan təklif gəlib.

Bizim.Media xəbər verir ki, azərbaycanlı məşqçinin xidmətində "Erzeni" klubu maraqlıdır.

Belə ki, Albaniya birinci liqasında yarışan "Erzeni" baş məşqçi postunu Rüfət bəyə tapşırmaq niyyətindədir.

Lakin hələ ki, tərəflər arasında konkret razılıq əldə olunmayıb.

Qeyd edək ki, Quliyev yayda "Biliş"lə anlaşmışdı. O, əsas komandada köməkçi məşqçi, əvəzedici heyətdə isə baş məşqçi kimi çalışırdı. Amma rəhbərlik vəd etdiyi şərtləri yerinə yetirmədiyi üçün Quliyev oradan ayrılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.