"Formula-1" komandasından dünya çempionuna inanılmaz təklif

19-04-2025, 16:34           
"Formula-1" komandasından dünya çempionuna inanılmaz təklif
"Aston Martin" dördqat dünya çempionu Maks Ferstappenlə "əsrin müqaviləsi"ni bağlamağa hazırdır. Komanda yarışçıya 3 mövsümə görə 300 milyon dollar təklif edir.

Oxu.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Formula-1" komandası bu yolla Ferstappeni özünə cəlb etməyə çalışır.

Pilotun "Red Bull" ilə müqaviləsi 2028-ci ilin sonuna qədər davam edir, lakin razılaşmanın pozulma ehtimalı da var.

Qeyd olunur ki, belə səxavətli təklif komandanın sponsoru - Səudiyyə Ərəbistanının Suveren Fondu sayəsində mümkün olub.

Gözlənilir ki, yaxın gələcəkdə fond komandanı Kanada biznesmeni Lourens Strolldan satın alacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.