“PSJ favoritdir, amma biz qalib gələcəyik”

Bu gün, 11:04           
“PSJ favoritdir, amma biz qalib gələcəyik”
"Çelsi"nin kapitanı Ris Ceyms iyulun 13-də keçiriləcək klublararası dünya çempionatının final matçı ilə bağlı fikirlərini bölüşüb.

Yenisabah.az xəbər verir ki, o, PSJ ilə görüş haqda deyib:

“Bu, çox yüksək səviyyəli bir oyun olacaq. PSJ hazırda dünyanın ən güclü komandalarından biridir, amma bu finaldır. Hər kəs onları favorit sayır, amma mən çox sayda finalda iştirak etmişəm ki, favorit olmuşuq, amma qalib gəlməmişik. Ona görə bu mənim üçün o qədər də önəmli deyil. Hər kəs rəqibimiz barədə danışır, amma biz matça lazımı şəkildə hazırlaşacağıq və qalib gələcəyik. pizza sifarişi

Çətin bir oyun gözləyirik. Məni səhv başa düşməyin. PSJ möhtəşəm komandadır, amma bizim də çox güclü heyətimiz var. Fikrimcə, çoxlarını təəccübləndirəcəyik. Turnirin əvvəlindən bu günə qədər uzun yol gəlmişik və bazar günü üçün səbirsizlənirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.