Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
Bu gün, 16:17
"Barselona"nın gənc ulduzu Lamin Yamalın 18 yaşının tamam olması şərəfinə keçirilən gecə əyləncəsinə ispaniyalı model Klaudiya Kalvo dəvət edilib.
"Tardear TV" xəbər verir ki, bu barədə model özü bildirib.
"10-20 min avro (təqribən 20-40 min manat - red.) təklif edirdilər. Onlar müəyyən sinə ölçüsünə malik sarışın qadınlar axtarırdılar. Özünlə telefon götürməyə icazə verilmirdi" , - deyə o vurğulayıb.
Xatırladaq ki, Yamalın 18 yaşı iyulun 13-də tamam olub.