Rusiyalı idmançının Azərbaycan millisinə keçidinə İCAZƏ VERİLMƏDİ

Bu gün, 00:02           
Rusiyalı idmançının Azərbaycan millisinə keçidinə İCAZƏ VERİLMƏDİ
Beynəlxalq Konkisürmə İttifaqı (ISU) rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan yığmasına keçidinə icazə verməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“ISU Şurası Veronika Jilinanın Azərbaycan yığmasına keçidini rədd edib”, – deyə mənbə bildirib.

Xatırladaq ki, mayın 13-də Rusiya Konkisürmə Federasiyasının prezidenti Anton Sixarulidze Jilinanın Azərbaycan komandasında çıxış etməsi ilə bağlı müraciətin təsdiqlənmədiyini açıqlamışdı.

17 yaşlı idmançı məşhur məşqçi Yevgeni Pluşenkonun yetirməsidir. O, ötən mövsüm zədə səbəbindən yarışları buraxmalı olub. Jilina 2023-cü ildə Rusiyanın yeniyetmələr üzrə çempionatının gümüş mükafatçısı və 2023-cü il Yeniyetmələrin Qran-pri finalının qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru