Güləşçimizdən möhtəşəm qələbə, 7-ci qızıl medal (VİDEO, FOTO)
15-06-2015, 21:45
I Avropa Oyunlarında güləşçimiz Mariya Stadnik millimizə 7-ci qızıl medalı qazandırıb.
ANS PRESS-in məlumatına görə, Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında Azərbaycanı 48 kq çəki dərəcəsində təmsil edən Mariya Stadnik bu gün final mərhələsində bolqarıstanlı idmançı Elitsa Yankova ilə qarşılaşıb.
Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dördqat Avropa çempionu M.Stadnik bu dəfə də üstün güləş nümayiş etdirərək bolqar rəqibini məğlub edə bilib.
E.Yankovaya elə 4-cü dəqiqədə vaxtından əvvəl - 12:1 hesabı ilə təmiz qalib gələn güləşçimiz Avropa Oyunlarının çempionu adını qazanıb.
48 kq
1/8 final - Mariya Stadnik - Lilian Santos (Portuqaliya) 12:2
1/4 final - Mariya Stadnik - Julie Sabatie (Fransa) 11:0
1/2 final - İvona Matkovska (İsveç) - Mariya Stadnik 2:8 (təmiz qələbə)
FİNAL - Mariya Stadnik - Elitsa Yankova (Bolqarıstan) 12:1
Bu, Azərbaycanın Avropa Oyunlarında 7-cı qızıl medalıdır.
Qeyd edək ki, yarışların ilk iki günündə kişi güləşçilərimiz iki dəst, ümumilikdə 6 medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olublar.