"Buz dövrü"nün altıncı hissəsinin anonsu verildi

9-11-2024, 12:18           
"Buz dövrü"nün altıncı hissəsinin anonsu verildi
"Disney", "Buz dövrü 6" (Ice Age 6) üzərində işlədiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat "D23 Brasil" festivalı zamanı verilib.

Qeyd olunur ki, cizgi filmində franşizanın bütün əsas personajları yer alacaq. Aktyorlar Rey Romano, Con Leqizamo, Kuin Latifa, Denis Liri və Saymon Peqq rollarını təkrar canlandıracaqlar.

"Disney" artıq istehsalda olan cizgi filminin loqotipini təqdim edib. Onun relizi 2026-cı ildə baş tutacaq. Dəqiq tarix daha sonra açıqlanacaq.

Franşıza üzrə əvvəlki cizgi filmi, "Buz Dövrü: Bakın macəraları" spin-offu 2022-ci ildə çıxıb. "Toqquşma qaçılmazdır" adlı beşinci hissənin buraxılışı 2016-cı ildə baş tutub. Beləliklə, altıncı film əvvəlki filmdən 10 il sonra ekranlara çıxacaq.

Xatırladaq ki, franşizanın başlanğıcını qoyan "Buz dövrü"nün birinci hissəsi 2002-ci ildə təqdim olunub. Animasiya filmi "Blue Sky" studiyasının debütü idi. "Disney", Covid-19 pandemiyası ilə bağlı çətinliklər fonunda 2021-ci ildə studiyanı bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru