Amerikadan 7 günə çatdırırlar... amma burdan bura... - BU NƏDİ BELƏ?..
9-11-2024, 12:34
"Şikayətim "166 Cargo"-dandır, çağrı mərkəzi işləmir... Çatdırılma xidməti də sıfır..." "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində K.Babayev adlı sosial şəbəkə istifadəçisi qeyd edir. Daha sonra narazı vətəndaşın gileyini olduğu kimi - redaktə etmədən təqdim edirik (Bəzi şikayətçilər etdiyimiz redaktəni müdaxilə kimi dəyərləndirdiyindən bəzən belə etməli oluru... nəzərə alın - dia-az.site).
Beləliklə narazı vətəndaş yazır: "Demek mal sifarish vermishik ki, kuryer baglamani catdirsin, lakin kuryer zeng vurub deyir ki, men artiq burdayam evdesiz? Qeyd etmidm ki, evde deyilem ve 1 saata olacam, sonra xanim zeng vurub dedi ki, biz bele ishdiyirik, eve catanda xeber veririk. Okey, bildirdim ki, mali sabah catdirin o zaman, dediler yox artiq ozunuz gedin goturun baglamani, ve ya yeniden sifarish verin. Getdim iradlarimi bildirem ve malimi goturem
Aygul Quliyeva qarshiladi meni, xanima dedim ki, telefonu cavab vermiller, dedi ola biler normaldi gerek yazardiz, dedim yazmisham oda cavabi 3 saat sonra verdi, yene dediler oda normaldi yazan coxdu..
Bildirdim ki bes malimin kulyoku niye aciq veziyetdedi, dedi oda normaldi.
*Bu cur mushterilere "qaygi" gosterdiyiniz ucun teshekkur edirem size*.."