Məzar qazarkən xəzinə aşkarladılar: Türkiyədə inanılmaz hadisə

9-11-2024, 15:34           
Məzar qazarkən xəzinə aşkarladılar: Türkiyədə inanılmaz hadisə
Türkiyədə baş verən gözlənilməz hadisə gündəm olub. Belə ki, avtomobil qəzası nəticəsində həyatını itirən 26 yaşlı Nuri Kavasın dəfni üçün qəbiristanlıqda məzar qazılarkən qəbir yerində xəzinə tapılıb.

Oxu.Az-ın verdiyi məlumata görə, hadisə Mersində qeydə alınıb.

Bildirilir ki, hadisə yerinə dərhal jandarm və Muzey İdarəsinin əməkdaşları çağırılıb. Mütəxəssislərin iştirakı ilə qazıntı işləri davam edib və qırıq gil küpün içində 1 100 ədəd gümüş sikkə aşkar edilib.

Xəzinə çıxarıldıqdan sonra Nuri Kavasın dəfn mərasimi həyata keçirilib.

Sikkələr isə Muzey İdarəsinə aparılıb. Mütəxəssislər sikkələrin dəqiq dövrünü və mənşəyini müəyyənləşdirmək üçün tədqiqatlara başlayıblar.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru