İsveçrə hökuməti FİFA tərəfindən ölkələrə ayrılan pullar üçün araşdırmalara başlayıb.
“Qafqazinfo” xəbər verir ki, 1999-cu ildən 2014-cü ilədək ali futbol qurumu ölkələrin futbol federasiyalarına 2 milyard dollar məbləğində yardım göstərir. İsveçrə FİFA-nın sabiq prezidenti Yozef Blatterin kiçik ölkələrlə razılaşaraq pulların “silinməsində” əlbir olduğunu iddia edir.
Bu ölkələr arasında Azərbaycan da var. Buna görə də İsveçrə hökuməti ölkəmizə ayrılan pullarla da bağlı araşdırmalar aparacaq.