Faiq Qarayev yenidən millimizin baş məşqçisi oldu

30-06-2015, 21:16           
Faiq Qarayev yenidən millimizin baş məşqçisi oldu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Oyunlarında medal qazana bilməməyi baş məşqçi dəyişikliyi ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, yığmamızın inkişafında xüsusi pay sahibi olan Faiq Qarayev yenidən komandanın “sükanı arxası”na keçib. O, AVRO-2013-ün final mərhələsi zamanı bu posta gətirilən Aleksandr Çervayovu əvəzləyib.

Nəticədə sentyabrın 26-da Belçika və Hollandiyada start götürəcək AVRO-2015-də komandamız yenidən təcrübəli mütəxəssisin rəhbərliyi altında oynayacaq. Bu səbəbdən yığmamızın əvvəlki oyununu tapıb, ən azı AVRO-2003-dəki uğurunu təkrarlayıb, hətta onu yaxşılaşdıracağını gözləməyə dəyər. Həmin vaxt 4-cü olan voleybolçularımız bu dəfə mükafata iddialı olacaqlar.

Səhhətində problemlər olan 56 yaşlı Qarayev bunları aradan qaldırmaq üçün bu gün əməliyyat da edilib. Həkim müayinəsindən tam keçdikdən sonra onun meydanda olmasına hansısa problem qalmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.