Lionel Messi doğma şəhərində evlənib

1-07-2017, 07:28           
Lionel Messi doğma şəhərində evlənib
Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi doğma şəhəri Rosarioda Antonella Rokuçço ilə evlənib.

APA-nın xəbərinə görə, bu barədə “Todo Noticias” telekanalı məlumat verib.

Toy mərasimində 260 qonaq iştirak edib. Onların arasında Messinin klub yoldaşları Neymar, Luis Suares, müğənni Şakira ilə birgə Jerar Pike, eləcə də Karles Puyol, Serxio Aquero və Qonsalo İquain kimi tanınmış simalar olub.

Uşaqlıqdan tanış olan Messi ilə Rokuçço on ildən çoxdur ki birgə yaşayırlar. Cütlüyün 4 yaşlı Tyaqo və bir yaşlı Mateo adlı övladları var.

Qeyd edək ki, Lionel və Antonella toy mərasiminə gələcək qonaqlardan hədiyyə əvəzinə Messinin uşaqlara yardım məqsədilə təsis etdiyi xeyriyyə fonduna ianə etməyi təklif etmişdilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.