Bakı "İnter"i Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcək

12-07-2017, 08:47           
Bakı "İnter"i Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcək
Bu gün Bakı "İnter"i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxacaq. "Report"un məlumatına görə, rəqib Lüksemburqun "Fola Eş" komandası olacaq.
"Dalğa Arena"da keçiriləcək qarşılaşma bu mərhələ üzrə Avroliqanın birinci oyunu sayılacaq. Əslində matç iyulun 13-də keçirilməli idi. Lakin "Qəbələ" ilə "İnter"in ev oyunlarının eyni günə təsadüf etməməsi üçün UEFA vaxt dəyişikliyinə əl atıb.
"İnter" əvvəlki mərhələdə Serbiya "Mladost"unu səfərdə 3:0, evdə 2:0 hesablı qələbələrlə üstələyib. "Fola Eş" isə Moldova "Milsami"sini iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 2:1, 1:1. Bu rəqib son iki həftədə Lüksemburqdan Bakıya səfər edən ikinci komanda olacaq. Daha əvvəl Avroliqanın I təsnifat mərhələsində "Zirə" elə "Dalğa Arena"da "Differdanj"ı 2:0, səfərdə isə 2:1 hesabı ilə yenib.
Azərbaycanın daha iki klubuna gəldikdə, "Qəbələ" iyulun 13-də Polşa "Yagelloniya"sı ilə "Bakcell Arena"da, "Zirə" isə Rumıniya "Astra"sı ilə Curcu şəhərindəki "Marin Anastasoviçi" stadionunda üz-üzə gələcək.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
12 iyul
20:00. "İnter" (Azərbaycan) - "Fola Eş" (Lüksemburq)
Baş hakim: Eytan Şmuelvits
Yan xətt hakimləri: Nissan Davidi, Saqi Mazamber
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Bakı, "Dalğa Arena"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.