Avropa Liqası: Azərbaycan klubundan son dəqiqə qələbəsi
13-07-2017, 00:29
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Yenicag.az xəbər verir ki, günün yeganə qarşılaşması Bakıda baş tutub.
Təmsilçimiz “İnter” doğma meydanda Lüksemburqun “Fola” klubunu qəbul edib.
İlk mərhələdə Serbiya “Mladost”unu sıradan çıxaran bakılılar, bu dəfə “Fola” üzərində qələbə qazanıb – 1:0. Paytaxt təmsilçisinə qələbə qazandıran qola 89-cu dəqiqədə Mirhüseyn Seyidov imza atıb.
Baş hakim: Eitan Shmuelevitz Baş hakimin köməkçiləri: Sagy Metzamber, Nissan Davidy Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail) Bakı. “Dalğa Arena”