Azərbaycanın cüdo komandası Avropa açıq çempionatının qalibi olub
24-07-2017, 08:20
Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatı başa çatıb. "Report" xəbər verir ki, yarışın ikinci günündə cüdoçularımız bir gümüş və bir bürünc medal qazanıblar. 100+ kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri yalnız finalda uduzaraq 2-ci yeri tutub. Qadınların yarışında +78 çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska Belarusda bürünc medala sahib olub. Beləliklə cüdoçularımız Minsk turnirini 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Yarışın ilk günü Hidayət Heydərov və Nicat Şıxalizadə bütün rəqiblərinə qalib gələrək Belarus paytaxtında çempionluq sevinci yaşayıblar. Azərbaycanın kişilərdən ibarət cüdo komandası Avropa açıq çempionatının qalibi olub. Xatırladaq ki, 46 ölkədən 411 (285 kişi, 126 qadn) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunub.