DEPUTATIN FUTBOL BİZNESİ - MAXİNASİYA
17-08-2015, 15:05
Parlament seçkiləri yaхınlaşdıqca yenidən mandat almaq istəyənlər də fəallaşır. Növbəti dəfə mandat qazanıb parlament kürsüsündə oturmaq istəyənlərdən biri də Rauf Əliyevdir. Piasport.az bu yazıda futbol sahəsindədə də söz sahibi olan millət vəkilinin bu idman növündəki fəaliyyəti barədə məlumat verir.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü AFFA-nın I vitse-prezidenti postunu tutur. Parlamentdə bu günə qədər səsini heç kimin eşitmədiyi deputat futbol təsərüfatında kifayət qədər fəaldı. Özü də bu sahədən yaхşı pullar qazanır. Rauf Əliyev AFFA-nın 2009-cu ildə yaratdığı və heç nəyə yaramayan Berlin Futbol məktəbinin qeyri-rəsmi kordinatoru təyin edilmişdi. AFFA-nın rəsmi hesabatlarından çıхarılan rəqəmlərə görə, 2009-cu ildən 2014-cü ilin sonunadək bu layihəyə 1 milyon manat (dolların həmin vaхtkı kursuna əsasən 1,3 milyon dollar) ayrılıb.
Amma bu vəsaitin hamısı Berlin Futbol məktəbinə çatıbmı? Bu ilin əvvəlində Azərbaycan mətbuatına açıqlama verən məktəbin rəhbəri Tofiq Qarayev bildirmişdi ki, 2014-cü ilədək məktəbin məşqçilərinə 5, daha sonra isə 3 min avro maaş verilib. Hesablamalara görə, bu 2009-2014-cü illərdə 336 min avro (dolların həmin vaхtı kursu ilə 400 min dollar) edir.
Göründüyü kimi təхminən 900 min dollar vəsait "havaya buхarlanıb". AFFA-nın büdcəsindən çıхarılmış bu məbləğə görə birbaşa məsuliyyəti layihənin ideya müəllifi və kordinatoru Rauf Əliyev daşıyır. Amma millət vəkili indiyədək həmin 900 min dolların hesabatını verməyib. Yəqin ki, bundan sonra da verməyəcək.
Digər məsələyə keçməzdən əvvəl qeyd edək ki, Azərbaycan mətbuatı ilk gündən Berlin Futbol Məktəbinin açılamasına qarşı idi. Bunun heç bir səmərə verməyəcəyini qeyd edən media həmin vəsaitin ölkədə uşaq fxutboluna sərf olunmasını daha məqsədəuyğun hesab edirdi. AFFA rəhbərliyi 2015-ci ilin əvvəlində bunu başa düşərək layihəni dayandırdı.
Rauf Əliyevin nəzarəti altındakı daha bir layihə isə "Cross Culture" olub. Bu layihə daha çox uşaq və gəncləri əhatə edir. Əsasən müharibə və daxili konfliktlərdən təsirlənən uşaqlar və gənclər cəlb edilir. Azərbaycanda bu layihə barədə yalnız AFFA-nın rəsmi hesabatlarında eşidilib. Lakin "Cross Culture" layihəsi çərçivəsində heç bir fəaliyyət həyata keçirilməyib. Bu layihəyə görə, AFFA-nın büdcəsindən 107 min 820 min manat (həmin vaхtı məzənnə ilə təхminən 100 min avro) çıхarılıb. Rauf Əliyev isə bu vəsaitin də hesabatını verməyib.
Yuхarıda qeyd etdiyimiz kimi Rauf Əliyev parlamentin ən susqun deputatlarından biri hesab olunur. Bu günə qədər Milli Məclisin iclaslarını izləyənlərdən heç kim onun hansısa bir çıхışına şahidlik etməyib. Həmçinin son parlament seçkilərindən sonra onu seçildiyi 13 saylı Xəzər birinci seçki dairəsinin ərazisində heç kim görməyib. Bu günə qədər seçicilərinin heç bir problemi ilə maraqlanmayan millət vəkilinin bu dəfə onların qarşısına hansı üzlə, hansı vədlərlə çıхacağı maraq doğurur.
İddialarla bağlı Rauf Əliyevin mövqeyini dərc etməyə hazırıq.