“Neftçi”nin oyunundakı davanın - Videosu

18-08-2015, 11:22           
“Neftçi”nin oyunundakı davanın - Videosu
Dünən Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, "İnter" evdə digər paytaxt təmsilçisi "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

"İnter Arena"dakı oyundan sonra dava düşüb. Belə ki, məğlubiyyətlə üzləşən "Neftçi" futbolçuları final fitindən sonra doğma azarkeşlərinin əyləşdiyi tribunaya yaxınlaşaraq, onları alqışlamak istəyiblər. Lakin məğlubiyyətə görə əsəbi olan fanatlar "Neftçi" oyunçularına qarşı mənfi fikirlər səsləndiriblər. Hətta onlardan biri meydançaya tullanaraq, kapitan Araz Abdullayevlə əlbəyaxa olub. Həmin fanatı isə polis tutaraq, bölməyə aparıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.