Cavidsiz “Qəbələ” yenə yunanlara qarşı OYNAYACAQ - "Cavid bizim üçün itkidir"...

20-08-2015, 21:00           
Cavidsiz “Qəbələ” yenə yunanlara qarşı OYNAYACAQ - "Cavid bizim üçün itkidir"...
Hafta.az-ın verdiyi xəbərə görə, "Qəbələ" futbol klubu bu gün pley-off oyununa çıxır. Tarixində ilk dəfə avroliqanın qrupuna düşməyə hazırlaşan əyalət klubu bu axşamkı oyuna kapitansız çıxacaq.

Bu gün saat 21:00-da başlayacaq oyun “Bakcell Arena”da baş tutacaq. Artıq arenadan “Qəbələ” - “Panatinaikos” oyunun biletlərinin bitdiyi də bildirilib. Oyunu ingiltərəli hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Cavidin yoxluğuna toxunan baş məşqçi roman Qriqorçuk bildirib ki, komandada əhvali-ruhiyyə normaldır:

“Biz oyuna yüksək ab-havada hazırlaşırıq. Cavid bizim üçün itkidir. Bu söhbətə artıq qayıtmaq istəmirəm. Bununla bağlı heç nə edə bilmərik. Bizim başqa oyunçularımız da var. Onlarla mübarizə aparacağıq”.

Qeyd edək ki, axşamkı oyunda oyunçuları meydana çıxaracaq əvəzedici kapitan sarğısını mütləq biri daşıyacaq: Zeynov, Antonov və ya hər hansı biri. Amma bu hazırda barmaqlıqlar arasında olan Cavid Hüseynov olmayacaq. Kipr “Apollon”u ilə oyun bir jurnalisti qəbirə, bir futbolçunu isə barmaqlıqlara apardı. Yenə yunanlar gəlir. Bu dəfə “Panatinaikos” Bakıya qədəm basacaq. Allah bu iki görüşün sonucundakılardan qorusun; həm azarkeş, həm jurnalist, həm də futbolçu sarıdan deyirəm.

Bu gün həm də Qarabağ “Yan boyz”la münasibətlərinə aydınlıq gətirməyə çalışacaq. İsveçrə təçsilçisi ilə oyun saat 23:00-da səfərdə baş tutacaq.

Hər iki komandanı növbəti mərhələdə gözləyirik.

Qeyd edək ki, “Qəbələ”nin sabiq kapitanı 3 ay müddətinə həbs olunub. C.Hüseynov Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan edilib. Belə ki, o, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində cinayəti əvvəlcədən bilib gizlətməkdə ittiham olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.