“Cavid Hüseynovun yeri hiss olunurdu...”
21-08-2015, 00:23
Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının pley-off mərhələsinin növbəti oyunları keçirilib.
Turnirdə ölkəmizi təmsil edən “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubunu qəbul edib. Komandamız oyunu 0:0 hesabı ilə başa vurub.
Oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərə açıqlama verib:
“Komandam әlindәn gәlәni elәdi. Düzdü, nәticә bundan yaxşı ola bilәrdi. Amma uşaqlardan razıyam. Birinci hissәnin son 20 dәqiqәsi xoşuma gәldi. Antonov vә digәr futbolçular yaxşı çıxış etdi. Taktiki cәhәtdәn әla oynadılar".
Ukraynalı mütәxәssis "Qrupa düşsәk belә, bu oyunla heç nә edә bilmәrik?” sualına belә cavab verib:
"Biz yaxşı oynadıq. Yәqin ki, "Qәbәlә"ni "Mançester Yunayted"lә sәhv salmamısız. Biz razı qaldıq"
O, әvәzetmәlәrdәn dә danışıb:
"Әvәzetmәlәr mәnim qәrarımdır vә burda nöqtә. Amma sizә olan hörmәtimdәn bu barәdә sualınıza cavab verirәm. Әvәzetmәlәri son dәqiqәlәrdә etmәklә qazandıq vә hәmin dәqiqәlәri üstün oynadıq. Sadәcә problem Sergey Zenyovun yorulmasında idi”.
Tәcrübәli mәşqçi komandada nәyi dәyişmәk istәdiyini dә açıqlayıb:
"Bәzi şeylәri dәyişmәk istәyirik. Mәrkәzdә daha yaxşı oynamağa çalışacağıq. Әks-hücumlara da gec çıxırdıq. Futbolçular daha sürәtli әks-hücuma çıxmaq әvәzinә top havada uçurdu. Bunun üzәrindә işlәmәliyik".
"Hücumların lәng qurulmasında Cavid Hüseynovun yeri görünürdü?" sualını Qriqorçuk belә cavablandırıb:
"Cavid Hüseynov yaxşı oyunçudur vә yeri hiss olunurdu. Qrup mәrhәlәsinә hazırlaşan komanda üçün belә şey problem olmamalıdır. Bu, bütün komandanın problemidir. Bizim yaxşı oyunçularımız var" (Qafqazinfo)