UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində C qrupunda “Qəbələ”nin rəqiblərindən biri də Dortmundun “Borussiya” klubu olacaq.
teref.az APA-ya istinadən xəbər verir ki, püşkün nəticəsi bəlli olduqdan sonra müzakirə olunan əsas məsələlərdən biri də dortmundluların erməni futbolçusu Henrik Mxitaryanın komandası ilə birlikdə Bakıya gəlib-gəlməyəcəyi idi.
Bu barədə püşkatmadan dərhal sonra təşkil olunmuş mətbuat konfransında UEFA prezidenti Mişel Platiniyə sual ünvanlanıb.
Əvvəlcə suala cavab verən qitənin ali futbol qurumunun baş katibi Cianni İnfantino “Çalışacağıq ki, o, “Qəbələ” ilə Azərbaycandakı oyunda oynasın” – deyib.
Daha sonra isə Mişel Platini də erməni futbolçunun Azərbaycanda meydana çıxmağının problem olmayacağını bildirib.