Simonyan: "İdman qanunları ilə danışsaq, Azərbaycan Mxitaryana ölkəyə girişə icazə verməyə məcburdur."
29-08-2015, 12:39
Rusiya Futbol İttifaqının prezidenti vəzifəsini icra edən Nikita Simonyan Dormunt `Borussiya`sının yarımmüdafiəçisi Genrix Mxitaryanın Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə qonaq matçını buraxa biləcəyini bildirib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
`İdman qanunları ilə danışsaq, Azərbaycan Mxitaryana ölkəyə girişə icazə verməyə məcburdur. Əgər oyunçunu oyuna buraxmasalar, ya oyunçu, ya da futbol klubu UEFA-ya müraciət etməlidir`, - deyə Simonyan bildirib.
Azərbaycan futbolçuya öz klubu üçün oynamağa icazə verməmək üçün heç bir qanuni əsasa malik deyil. Əgər Bakı buna mane olsa, bu, kobud qanun pozuntusu olacaq.
`Mxitaryanı siyasi nöqteyi-nəzərdən oyuna buraxmamaq məntiqdən kənar deyil`, - Simonyan deyib.