Qeyd edək ki, ABB İslam bankçılığını regionda ilk tətbiq edən bank olub. Bank ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. Departament müştərilərinə - hüquqi və fiziki şəxslərə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başlayıb.