"Belə deyəndə deyirlər ki, YAP-çı keçib müxalifətə."- deputat

14-10-2015, 20:26           
"Belə deyəndə deyirlər ki, YAP-çı keçib müxalifətə."- deputat
Hamı elə bilirdi ki, prezidentin heç nədən xəbəri yoxdur. Prezidentin hər şeydən xəbəri varmış, bizim xəbərimiz yoxmuş. Sadəcə o bilir ki, sözü kimə və nə zaman demək lazımdır.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Yevda Abramov bugünkü büdcə müzakirələri zamanı səsləndirib.

Deputat qeyd edib ki, əslində prezidentin çıxışından sonra məlum oldu ki, bizim büdcəmiz üç gündür ki, müzakirə olunur: “Büdcəmiz səbirlidir, təmkinlidir, bizə hər şeyi öyrədir. Belə bir şəraitdə bizim dövlətdən bir şey istəməyə haqqımızı yoxdur. Amma elə məsələlər var ki, onları deməliyik. Mən fikir verirəm ki, bu iki gündə bəzi nazirlər heç salam da almırlar. Amma biz sözümüzü kimə deməliyik? Biz canımızı partiya, prezident üçün verməyə hazırıq. Amma bu insanlar bizdən inciyirlər. Azərbaycanda yaşamaq minumumu yaşamaq üçün imkan vermir. Danışmırıq, deyirlər ki laldırlar. Amma neynəmək olar ki, həyat belədir. Bu gün dünya hansı oyunlardan keçir , bunu hər bir depuat bilir. Burada söhbət bəzi insanların yerində olmamasından gedir. Kim bu gün cənab prezidentə yanında deyilsə, Azərbaycanın çörəyi, suyu ona haram olmalıdır. Bir sıra məsələlər var ki, burada müxalifətçilik, iqtidar olmamalıdır.

Bu yaxınlarda Dərbənddə Yaraq-Qazmalar stansiyasında oldum. Orada insanların necə incidildiyimi gördüm. Bir paçka siqareti, kolbasanı necə yerə bölüb tökürlər. Gömrükdən imkan vermirlər ki, insanlar Rusiyaya mallar apara bilsin. Gözümüzün qabağında kolbasanı yeddi yerə bölüb tökürlər.

Azərbaycanda qazlaşma ilə bağlı problem var. İndi təşviqat dövrücdür. Görüşlərə başlayırıq. Amma görüş keçirilən yerlər soyuqdur, qaz yoxdur.Mən həmişə demişəm ki, sayğac olan yerdə nə qış mövsümü, nə yay mövsümü. Ver qazını, al da pulunu. Dünyaya qaz satırıq, amma biz qazsızıq. Belə deyəndə deyirlər ki, YAP-çı keçib müxalifətə. Amma xalqımız gözəl xalqdır, dözür, anlayır. Azərbaycan həyatında çətin anlar çox olub. Buna da dözərik. Təki müstəqilliyimiz, kişiliyimiz əldən getməsin”.

Spiker deputata cavab olaraq bunları deyib.

“ Özünüz çox gözəl verdiyiniz sualların cavabını. Rusiyada da baş verən məlum devalvasiya hadisəsindən sonra rubl dəyərdən düşüb”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.