Hafiz Hacıyev müxalifət haqqında düşünəcəyinə söz verdi

14-10-2015, 20:29           
Hafiz Hacıyev müxalifət haqqında düşünəcəyinə söz verdi
"Bu qüvvələr Azərbaycanı dünyada biabır edir”. Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

O, bəzi müxalifətçi partiyaların parlament seçkilərinə münasibətdə qərəzli mövqe nümayiş etdirməsini qınayıb: "Bu insanları artıq bu cür qəbul etməliyik. Çünki onlar həmişə belə olub. Bu insanları qəbir düzəldər. Təbii ki, bu məsələlərdə özümüzün də müəyyən günahlarımız var”.

Siyasətçi bildirib ki, seçkilərə bu cür qərəzli yanaşan şəxslərin arxsında duranlar, onlara cəsarət verənlər də var: "Bu şəxslərin tutduğu mövqe yanlışdır. Bu qüvvələrə görə artıq Azərbaycana beynəlxalq arenada da təzyiqlər olunur, sanksiyalar tətbiq edilir. Bu mövzuları Prezident İlham Əliyev müşavirədə də ortaya qoydu. Əgər bu müxalif qüvvələr Azərbaycana bu cür təsir edə bilirsə, deməli biz bu barədə nə isə düşünməliyik. Çünki bu qüvvələr Azərbaycanı dünyada biabır edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.