"Bakı" restoranında atışma - Foto

3-12-2019, 07:55           
"Bakı" restoranında atışma - Foto
Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerləşən "Bakı" restoranında atışma baş verib.

Axar.az Real TV-yə istinadla xəbər verir ki, restoranda iki Qafqaz mənşəli müştərinin mübahisəsi yaranıb və davaya çevrilib.

Müştərilərdən biri atəş açaraq, bir nəfəri yaralayıb. Atəşlərdən sonra hər iki qafqazlı restoranı tərk edib.

Kiyevdə "Sirena" axtarış planı həyata keçirilir.

Qeyd edək ki, bu, sutka ərzində qafqazlıların iştirak etdiyi ikinci insidentdir.

Dekabrın 1-dən 2-nə keçən gecə, 20-yə yaxın Qafqaz mənşəli şəxs "Mister Cat" adlı restorana daxil olaraq, restoranın əməkdaşlarını və mühafizə xidmətini döyüb, restorana külli miqdarda ziyan vurub, hadisə yerindən qaçıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.