Gəncədə yaşayan Qəmbər Abdullayevin evinə 4 maskalı şəxs nəfəslikdən basqın edib.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələri tələb edilib. Amma səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerindən qaçıblar.
Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov tutulublar. S.Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana aşkar edilib.