"Beynəlxalq Bank işi"ndə daha bir HƏBS - Keçmiş deputatın qolları qandallandı

6-01-2016, 17:38           
"Beynəlxalq Bank işi"ndə daha bir HƏBS - Keçmiş deputatın qolları qandallandı
“Beynəlxalq Bank işi”ndə adı hallanan sabiq deputat saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Globus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilov bu il mayın əvvəllərində axtarışa verilmişdi. Bu günlərdə isə D.Xəlilov saxlanılaraq barəsində təkrar həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Bandotdel” bu ilin avqust ayında “Globus Plaza” axtarış aparıb və şirkətin kassalarını möhürləyərək bağlayıb.

Nərimanov Rayon Məhkəməsi mayın 15-də Dünyamin Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Lakin D.Xəlilov hansısa yolla istintaq təcridxanasında deyil, öz işinin başında idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.