Sabirabad rayonunda güllələnmə hadisəsi baş verib.
Report-un xəbərinə görə, hadisə rayonun Şıxsalahlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 24 yaşlı Nemət Əbülfəz oğlu Məmmədov ayaq nahiyəsindən güllə yarası alıb. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq Cərrahiyyə şöbəsində əməliyyat olunub.
Hadisənin necə baş verməsi və səbəbləri məlum deyil.