Bakıda kabel televiziyası xidməti göstərən KATV gün ərzində Bakının bəzi rayonlarında xidmətini dayandırıb.
Xətai rayonu sakinlərindən Axar.az-a daxil olan məlumata görə, kabel televiziyası bir neçə saatdır ki, fəaliyyət göstərmir.
Sakinlər bu şirkətin ümumiyyətlə, vaxtaşırı olaraq çökdüyünü və xidmət göstərə bilmədiyini bildirirlər.
KATV ilə əlaqə saxlayaraq mövcud problemlərin nə ilə bağlı olduğunu soruşsaq da, şirkət nasazlığı inkar etdi. Halbuki həmin məqamda abunəçilərin bir çoxuna "nasazlığın qısa müddətdə aradan qaldırılacağı" vədi verilirdi.
Qeyd edək ki, KATV abunəçiləri gecə qırılmaları, keyfiyyətsiz xidmət və vaxtaşırı nasazlıq səbəbindən saatlarla efirə baxa bilməmələrindən şikayətçidirlər.