Siyəzəndə yenidən gərginlik, etiraz aksiyası başlayıb FOTOLAR
13-01-2016, 12:55
Xəbər verildiyi kimi, yanvarın 12-də Lənkəran, Füzuli və Siyəzəndə sosial vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirilib.
Lənkəranın Liman qəsəbə sakinləri Bakı-Astara yolunu bağlayıblar. Sakinlər qiymətlərin bahalaşmasına və işsizliyə etirazlarını bildiriblər
Siyəzəndə də bahalaşmaya etiraz edən sakinlər Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Sakinlər mövcud şərtlərlə yaşamağın mümkünsüz olduğunu bildiriblər. Bir qrup rayon sakini isə Bakı-Quba yoluna avtomobil təkərləri düzərək hərəkəti məhdudlaşdırmağa çalışıblar.
“AzPolitika”ya daxil olan məlumatlara görə, bu gün səhər saatlarından etibarən Siyəzəndə vəziyyət yenidən gərginləşib. Belə ki, əhali yenidən aksiyalara cəhd göstərir. Rayona Daxili Qoşunların cəlb olunduğu haqda da, hələ ki, təsdiqlənməyən xəbərlər var.
Dünənki aksiyadan sonra saxlanılanların olduğu da bildirilir.