Sevgilisindən ayrılan qız özünü 4-cü mərtəbədən atdı

12-02-2016, 10:40           
Sevgilisindən ayrılan qız özünü 4-cü mərtəbədən atdı
Sevgilisindən imtina cavabı alan qız özünü binadan atıb.

Musavat.com-un məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib. 19 yaşlı Tamara Abbasova yaşadığı binanın 4-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Xəstəxanaya çatdırılan Tamara Abbasovanın həyatını həkimlər xilas edə biliblər.

İlkin məlumata görə, 19 yaşlı qızın intihar etmək istəməsinə səbəb sevgilisindən ayrılması olub.

Faktla əlaqədar Cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov rayon prokurorluğunda araşdırmalar davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.