Rəsul Quliyevdən Vasim Məmmədəliyevə TƏNQİD: “Adəm və Həvva əfsanədir”

12-02-2016, 21:04           
Rəsul Quliyevdən Vasim Məmmədəliyevə TƏNQİD: “Adəm və Həvva əfsanədir”
Şərqşünas alim, akademik Vasim Məmmədəliyevin aznews.az saytına verdiyi müsahibə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Müzakirələrdə akademikin fikirlərinin reallıqla uzlaşmadığı, rasionallıqdan və elmilikdən uzaq olduğu vurğulanır.

Qeyd edək ki, Vasim Məmmədəliyev insanların cinlərlə evlənərək çoxaldığını bildirib. O həmçinin deyib ki, Həvva iki-iki doğurmuş - bir oğlan, bir də qız. Birinci qarında olan oğlan, ikinci qarında olan qızla evlənirmiş.

Akademikin bu cür açıqlamalarına dini mövzularda qalmaqallı fikirlər səsləndirən, eks-spiker Rəsul Quliyev reaksiya verib.

Rəsul Quliyev Modern.az saytına açıqlamasında bildirib ki, möhtərəm alimin dinlərin yaradılmasında istifadə edilən möcüzə, əfsanə və mifləri həqiqət və reallıq kimi qəbul etməsi akademikin biliyinə çox böyük şübhə yaradır.

R.Quliyevin sözlərinə görə Allahın Adəm və Həvvanı yaratması məsələsi əfsanədən başqa bir şey deyil.

“Allahın ilk insanlar kimi Adəm və Həvvanı yaratması fikri əfsanədir. Bu, “hər şey Allahın iradəsinə tabedir” fikrini təsdiqləmək üçün ortaya atılan bir iddiadır. Bunu ciddi qəbul etmək və arxasınca Həvvanın əkiz doğması və sair kimi 'lətifələr' haqqında fikir söyləmək çətindir”,-deyə Rəsul Quliyev bildirib.

Eks-spiker “Quran”ın yazılması məsələsinə də toxunub. Onun fikrincə, “Quran” özündən əvvəlki “Tövrat” və “İncil”dən götürülən materiallar əsasında yazılıb.

“Ümumiyyətlə, “Quran” yazılı şəkildə Məhəmməd peyğəmbər vəfat edəndən 30 il sonra meydana çıxıb. Əsas əfsanə və miflərin hamısı “Tövrat” və “İncil”dən götürülüb. O cümlədən Həvva məsələsi.

Yazılı “Quran” Məhəmməd peyğəmbərin şifahi dediklərinin dövrünün alim və talantlı şairləri tərəfindən işlənilməsi və korrektə olunmasından sonra ortaya çıxıb.

“Quran” o dövrdə insanların müəyyən bir qanunlar çərçivəsində yaşaması üçün ana yasadır. Onun unikallığı 1400 il bundan öncə yazılmasına baxmayaraq, bu günə qədər aktuallığını itirməməsidir. İnsanlarla cinlərin cütləşməsi, Həvvanın əkiz doğması və ya Məhəmməd peyğəmbər namaz qılanda altına nəsə bir predmet qoyanın adının “Quran”a düşməsi kimi fərziyələri alim yox, 2-ci sinif şagirdi olan uşaq da irəli sürməməlidir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.