İŞİD Dərbənddəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

15-02-2016, 22:24           
İŞİD Dərbənddəki terrora görə məsuliyyəti öz üzərinə götürdü
İŞİD terror qruplaşması bu gün Dağıstanda baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın Qafqaz üzrə “bölməsinin” Tvitter hesabında yerləşdirilən məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, İŞİD döyüşçülərindən biri partlayıcı maddə ilə təchiz olunmuş avtomobili Dərbənd rayonu Yol hərəkəti təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin postu yaxınlığında partladıb.
Qeyd edək ki, hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, 6 polis və 7 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.