İki minə yaxın insan Azərbaycan-Rusiya sərhədində qaldı - Fotolar
19-02-2016, 00:40
Azərbaycan-Rusiya sərhədində 2 minə yaxın insan ölkəyə gəlməkdə çətinliklə üzləşib.
"Report" xəbər verir ki, buna Dağıstanda yayılan "Donuz qripi" ilə əlaqədar aparılan ciddi yoxlamaların səbəb olduğu bildirilir.
Rusiyadan Azərbaycana gələn insanlar Dağıstanın Yaraq Qazmalar buraxılış məntəqəsini asanlıqla keçdiklərini, yalnız Azərbaycan tərəfdə çətinliklə üzləşdiklərini qeyd ediblər. Onlar soyuq hava şəraitində 10 saatdan çoxdur sərhəddə qaldıqlarını bildiriblər.