Bakıda kafedə bıçaqlanma olub

19-02-2016, 09:32           

Ötən gecə Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, qanlı hadisə rayonun Rüstəm Rüstəmov küçəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə yeyib-içən 37 yaşlı Rəhim Sərxoş oğlu Kazımovla digər müştəri arasındakı mübahisə davaya çevrilib. Mübahisə Rəhim Kazımovun bıçaqlanması ilə nəticələnib. Yaralı xəstəxanaya gətirilib. Çoxsaylı bıçaq xəsarətləri alan yaralı sərxoş vəziyyətdə olub.

Əməliyyat olunan yaralının vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirib.

Faktla əlaqədar cinayət işi başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.